
Bakı.trend:
Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi
tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən
gömrük nəzarətindən gizli şəkildə keçirilməsinin qarşısı
alınıb.
Trend xəbər
verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük
postunda yük nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı
nəqliyyat vasitəsində və sürücünün üzərində gömrük nəzarətindən
gizlədilən 94 270 ABŞ dolları aşkar edilib.