Şabranda əkin sahələrinin yandırılmasına görə 2 nəfər saxlanılıb

Hadisə

Bakı.Trend:

Avqustun 4-də və 10-da Şabran rayonunun müxtəlif ərazilərində
biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis
əməkdaşları tərəfindən iki nəfər müəyyən olunaraq saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Bildirilir ki, araşdırmalarla bu qanunsuz əməllərin rayon
sakinləri Ağaməmməd Heydərov və Abdulla Abdullayev tərəfindən
törədildiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdığına
görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir