Bilgəhdə boğulan 19 yaşlı gəncin meyiti tapıldı

Hadisə

Fövqəladə Hallar Nazirliyinin (FHN) dənizdə boğulan şəxslə bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, iki gün öncə – 10 avqust 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Dalğıc-xilasedicilər tərəfindən vətəndaş – 2006-cı il təvəllüdlü Tapdıqov Cavid İlqar oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir