Mahmudçalada balıqların kütləvi ölümünün səbəbi açıqlanıb – YENİLƏNİB – RƏSMİ

Hadisə

Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatına səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Belə ki, bu səbəbdən kollektorun suyunun Xəzər dənizinə axıdılması bərpa olunub.

“Nəticədə Mahmudçala ovçuluq təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə kollektor istiqamətinə suyun geri axını baş verir. Bu proses zamanı su ilə birlikdə bəzi balıqların da kollektor istiqamətində hərəkət etməsi və qismən tələf olması halları müşahidə edilə bilər”, – məlumatda vurğulanıb.

Gülər Seymurqızı

Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb.

Bu barədə “Report”un Muğan bürosuna yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, bir neçə gündür ki, sözügedən təsərrüfat ərazisində suyun səviyyəsinin kəskin azalması balıqların kütləvi tələfatına səbəb olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir