
Bakı.Trend:
Respublikada cari ilin yanvar ayının 1-dən bugünədək açıq
ərazilərdə on mindən çox yanğın faktı qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar
Nazirliyindən məlumat verilib.
“Açıq sahələrdə yanğın hadisələrinin qarşısının alınması
məqsədilə FHN tərəfindən kütləvi maarifləndirmə işlərinə, çoxsaylı
çağırışlara, görülən inzibati tədbirlərə baxmayaraq, təəssüflə qeyd
edilməlidir ki, sözügedən qrupa aid olan yanğın hadisələri bəzi
vətəndaşların odla ehtiyatsızlıq, qəsdən yandırma, siqaret
çəkilməsi zamanı ətrafdakı yanğın təhlükəsizliyi vəziyyətinin
düzgün qiymətləndirilməməsi səbəbindən baş verib.
O cümlədən, ərazilərdə iməcilik adı altında tullantıların
yandırılması, məişət tullantılarının yandırılması, hərəkət
iştirakçıları tərəfindən avtomobildən siqaret kötüyünün
söndürülməmiş halda ətrafa atılması, texniki cəhətdən nasaz
avtomobillərlə açıq sahələrə daxil olunması səbəblərindən də
yanğınlar baş verib.
Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşları yanğın
təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırırıq!”, –
nazirlikdən bildirilib.