
Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb.
“Report” un Şimal-qərb bürosunun məlumatına görə, yanğın nəticəsində 15 hektar sahədə kol-kos, quru ot yanıb.
Qeyd edək ki, hadisə rayonun Qozlubulaq kəndi ərazisində qeydə alınıb. Yanğına ildırım düşməsi səbəb olub.
Şəkidə ildırım düşməsi dağlıq ərazidə yanğına səbəb olub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Qozlubulaq kəndi ərazisində qeydə alınıb.
Yanğının söndürülməsi üçün Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.