
Yevlax.Trend:
Avqustun 13-ü saat 01 radələrində Mingəçevir şəhəri Nizami
küçəsində 2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov
şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı
1995-ci il təvəllüdlü İbrahim Tahirinin döş nahiyəsinə
kəsilmiş-deşilmiş xəsarətlər yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.

