Bakıda ərini öldürməyə cəhd edən qadın 11 il müddətinə həbs edilib

Hadisə

Bakı.Trend:

Bakıda ərini öldürməyə cəhd edən qadının işi üzrə məhkəmə işi
yekunlaşıb.

Trend-in əldə
etdiyi məlumata görə, hadisə ötən il Avqustun 26-da baş verib.

Belə ki, hadisə günü saat 04 radələrində Nizami rayonu
ərazisində 1998-ci təvəllüdlü Aynur Nağıyeva 1979-cu il təvəllüdlü
Sakit Nağıyevi öldürməyə cəhd edib.




26 avqust 2024-cü il tarixdə saat 1 radələrində ailəsi ilə
birlikdə kirayə yaşadığı ünvan 3 ünvanında əri Zərərçəkmiş şəxs
sərxoş halda evə gec gəlməsi səbəbindən ailə-məişət zəminində
aralarında mübahisə baş verib.Mübahisə zamanı sonuncu əli ilə onun
çənə və sinə nahiyyələrindən vurub sağlamlığa zərər vurmayan,
dərəcələri təyin edilməyən xəsarətlər yetirib.

Bundan sonra təqsirləndirilən şəxs mənzilin yataq otağında
zərərçəkmiş şəxsin yatdığına əmin olub, qisas almaq niyyəti ilə
mənzilin mətbəxindən zavod üsulu ilə hazırlanmış cib bıçağını
götürüb yataq otağına keçib. O, otaqda çarpayı üzərində sərxoş
vəziyyətdə yatan ərinə ağır xəsarətlər yetirib.

Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı
ilə Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddəsi ilə nəzərdə tutulan
cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, 11 il 3 ay
müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O,
cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir