Qaraçuxur qəsəbəsində evdən oğurluq edən şəxs saxlanıldı

Hadisə

Bakı. Trend:

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaraçuxur qəsəbə sakini polisə müraciət edərək
evindən 2400 manat dəyərində qızıl-zinət əşyasının talandığını
bildirib.




“Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən
həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini
törətməkdə şübhəli bilinən 33 yaşlı Ş.Rüstəmov saxlanılıb.

Araşdırmalar davam etdirilir”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir