Maştağada evdən 6 min manat oğurlayan şəxs ələ keçib

Hadisə

Bakı.Trend:

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evlərin
birindən 6000 manat oğurlanıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Bildirilib ki, Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli
bilinən 37 yaşlı Ş.Hüseynova müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.