Sumqayıtda bəzi evləri və ağacları qurd basıb, şəhərdə dezinfeksiya işləri aparılır

Hadisə

Son günlərdə Sumqayıt şəhərində bir sıra evləri, həmçinin qurd basması səbəbi ilə sakinlərdən müraciətlər daxil olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, şəhər ərazisində müəyyən olunmuş qrafik əsasında məhəllə və mikrorayonlarda mütəmadi olaraq dezinfeksiya işləri aparılır:

“Bununla yanaşı, vətəndaşlardan daxil olan müraciətlər operativ şəkildə nəzərdən keçirilir və zəruri hallarda əlavə tədbirlər görülür. Son günlər qeyd olunan məsələlərlə bağlı da çoxsaylı müraciətlər daxil olur və həmin ərazilərdə dərmanlama işləri həyata keçirilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir