DİN BNMİ-dən əməliyyatlar: 15 kq narkotik vasitə aşkarlandı

Hadisə

Bakı. Trend:

Paytaxtın Xətai və Binəqədi rayonlarında keçirilən əməliyyatlar
zamanı əvvəllər məhkum olunan 29 yaşlı Röyal Məmmədov və həmyaşıdı
Cavad Məmmədov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, onlara məxsus
mənzil və avtomobildən 15 kiloqram 460 qram tərkibinə zərərli
maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında
istifadə olunan elektron tərəzilər aşkarlanıb.




Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə
cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən
ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin
edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar
davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir