
Bakı. Trend:
Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə
məşğul olan 49 yaşlı Yaşar Hüseynov saxlanılıb.
Trend xəbər verir ki, onun yaşadığı evin həyətyanı sahəsindən
kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 12 kiloqram olan 16
ədəd çətənə (kannabis) kolu aşkar olunub.
Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq
göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Y.Hüseynovun barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.