Şamaxıda ağır qəza – 1 ölü, 5 yaralı var

Hadisə

Şamaxıda ağır avtomobili qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün günorta saatlarında Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də, 3-ü azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başladılıb, araşdırmalar aparılır.

Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir