Ötən il 19 nəfər cəzaçəkmə müəssisəsindən qaçıb

Hadisə

Ötən il 19 nəfər cəzaçəkmə müəssisəsindən qaçıb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin nəşr etdiyi “Azərbaycanda hüquqpozmalar” məcmuəsində məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilə nisbətən 10 nəfər azdır.

Ötən il 55 nəfərin isə cəza çəkməkdən yayındığı bildirilib.