Həyat yoldaşına narkotik maddə keçirtmək istəyən qadın saxlanıldı

Hadisə

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının
əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin
Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı
alınıb.

Bu barədə Trend Ədliyyə Nazirliyin istinadən xəbər
verir.

Bildirilib ki, məhkumun həyat yoldaşı tərəfindən gətirilmiş
sovqata baxış keçirilən zaman 2 ədəd siqaretin içərisində xüsusi
üsulla gizlədilmiş həşiş qətranı aşkar olunub.




Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya
ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha
vətəndaşların diqqətinə çatdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir