
Qazaxın bir neçə kəndinin meşəlik ərazilərində yanğın olub.
“Report”un Qərb bürosunun məlumatına görə, yanğın Bala Cəfərli, Barxudarlı, Sofulu və Xanlıqlar kənd ərazisində yerləşən meşəlik və açıq sahələri əhatə edib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və əməkdaşları cəlb olunub.
Artıq digər kəndlərdə yanğınlar söndürülüb, ərazi mühafizə olunur. Xanlıqlar kəndində isə yanğının söndürülməsi üçün əraziyə 2 helikopter cəlb olunub.
Qeyd edək ki, ərazi Ermənistanla sərhəddə yerləşir.
Qazaxda meşəlik ərazidə yanğın başlayıb.
“Report”un Qərb bürosunun məlumatına görə, Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.
Məlumata görə, yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.
Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əraziyə iki helikopter cəlb olunub.

