
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sabirabad şəhəri, V.Əhmədov küçəsində fəaliyyət göstərən mərkəzi
bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mərkəzi bazar
ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa
müddətdə söndürülüb.
Yanğın nəticəsində bazar ərazisində 20m² sahədə məişət
tullantıları, ümumi sahəsi 900m² olan bir dam altında tikilmiş
birmərtəbəli bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən
sahəsi 16m² olan meyvə-tərəvəz mağazasının dam örtüyü və sahəsi
27m² olan məişət avadanlıqları mağazasının yanar konstruksiyaları,
bazara bitişik yerləşən uşaq bağçasının ərazisində 300m² sahədə
quru ot yanıb.
Bitişik obyektlər və uşaq bağçasının binası yanğından mühafizə
olunub.