Xaçmazda avtomobil təmiri müəssisəsinin rəhbəri bədbəxt hadisə nəticəsində ölüb

Hadisə

Xaçmazda kişini elektrik cərəyanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, 1966-cı il təvəllüdlü Daşdəmirov Şahid Qurban oğlu Niyazoba kəndində yerləşən ona məxsus avtomobil təmiri müəssisəsinin üzərindən keçən internet naqilləri sallanaraq maşınların keçməsinə maneə yaratması səbəbindən elektrik kabelini əli ilə tutub yuxarı qaldırmaq istədikdə elektrik vurub.

Nəticədə sonuncu çoxsaylı xəsarətlərlə Xaçmaz RMX-na daxil olaraq, sonradan ölüb.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir