Yasamalda narkokuryerlik edən iki qardaş həbs edildi (VİDEO)

Hadisə

Bakı.Trend:

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən
narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən
əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və
qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onların avtomobil və evlərinə baxış zamanı 6
kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.




“Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə
cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən
ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin
edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam
etdirilir”, – qurumdan əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir