Qazaxda açıq ərazidəki yanğın söndürüldü (YENİLƏNİB) (FOTO/VİDEO)

Hadisə

Bakı. Trend:

Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın olub.

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə
yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 80ha sahədə quru ot və kol-kos
yanıb.

Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə
edilib.

xxx

14.08.2025




19:26

Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq
ərazidə yanğın başlayıb.

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb
olunub.

Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki
yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 50ha sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə
edilib.

Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri
davam etdirilir.

Əlavə məlumat veriləcək.