
Bakı. Trend:
İmişlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən Fərid
Allahverdiyevin cinayət işi üzrə yekun məhkəmə prosesi
keçirilib.
Trend xəbər
verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
hökm oxunub.
Hökmə əsasən, Fərid Allahverdiyev 12 il müddətə azadlıqdan
məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin yanvar ayında İmişlidə olub.
Fərid Allahverdiyev şəxsi münasibətlər zəminində bıçaqla Vüsal
Allahverdiyevin boyun nahiyəsinə bıçaqla zərbə endirib. Vüsal
Allahverdiyev xəstəxanada vəfat edib.
Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə
ittiham irəli sürülüb.

