Cəlilabadda yanğın törədənlər məsuliyyətə cəlb olunublar

Hadisə

Bakı. Trend:

Avqustun 15-də Cəlilabad şəhəri ərazisində yanğın hadisələri
törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
araşdırmalarla yanğınların 1997-ci il təvəllüdlü Ş.Əliyev
tərəfindən əkin sahəsinin, 1971-ci il təvəllüdlü M.Xudaşov
tərəfindən isə məişət tullantıllarının yandırılması ilə törədildiyi
məlum olub.




Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Hər iki şəxs məsuliyyətə cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir