
Füzuli. Trend:
Füzuli rayonunda baş verən qəzada sürücü həyatını itirib.
Trend-in Qarabağ
bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi günün ikinci yarısı
rayonun Böyük Bəhmənli kəndi ərazisində baş verib.
Rayonun Fin qəsəbə sakini Nadir adlı şəxs idarə etdiyi “VAZ”2107
markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol
kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü hadisə
yerində ölüb.
Faktla bağlı araşdırma başlanıb

