
Bakı. Trend:
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
“Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik
tədbirlər çərçivəsində rayonun Cavad kəndi ərazisində yabanı halda
bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Trend-in
məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat
Xidmətindən bildiriblər.
Bildirilib ki, ümumi çəkisi 2 ton 250 kiloqram olan 2635 ədəd
çətənə bitkisi yandırılaraq məhv edilib.