Xırdalanda fərdi yaşayış evində yanğın olub

Hadisə

Bakı.Trend:

Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəm küçəsində fərdi
yaşayış evində yanğın baş verib.

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evdə baş vermiş yanğın qısa müddətdə
söndürülüb.




Yanğın nəticəsində hər mərtəbəsi 90 m² olan ikimərtəbəli fərdi
yaşayış evinin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə
yanıb.

Qeyd edilib ki, evin böyük hissəsi yanğından mühafizə
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir