Ev və mağazadan pul oğurlayanlar tutuldu

Hadisə

Bakı.Trend:

Bakının Xəzər rayonu ərazisində yerləşən mağazaların birindən
2616 manat oğurlanıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama
cinayətini törədən şəxsin 23 yaşlı R.Rzayev olduğu müəyyən edilərək
saxlanılıb.




Bildirilib ki, şöbə əməkdaşlarının həyata keçirdikləri digər
tədbir zamanı isə zərərçəkmişin evindən 1400 manat pul oğurlayan 33
yaşlı X.Məmmədov tutulub. Onun üzərindən narkotik vasitə marixuana
da aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir