Salyanda tanışına stəkan atan şəxs inzibati qaydada həbs edilib

Hadisə

Bakı.Trend:

Salyanda restoranda tanışına stəkan ataraq xəsarət yetirən şəxs
inzibati qaydada həbs edilib.

Trend-in
məlumatına görə, hadisəyə səbəb aralarında yaranmış mübahisə
olub.




Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirib ki, əsəblərinə
hakim ola bilmədiyi üçün stəkanı tanışına tərəf atıb. Nəticədə onun
barmağı kəsilib. O, inzibati xəta ilə bağlı özünü təqsirli
bilməyib.

Salyan rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs
İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş
inzibati xətanı törətməkdə təqsirli bilinib. Barəsində 15 gün
müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq
edilib.