
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyi tərəfindən Bülbülə qəsəbəsində
qanunsuz tikinti işləri dayandırılıb.
Trend
Nazirliyə istinadən xəbər verir ki, faktla bağlı FHN-ə Bakı Şəhəri
Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən müraciət olunub.
Bildirilib ki, Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti
nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər
nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.