Sumqayıtda evlərdən oğurluq edənlər saxlanılıb

Hadisə

Bakı.Trend:

Sumqayıt şəhərində oğurluq hadisələri qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Məlumata görə, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini
törətməkdə şübhəli bilinən şəxslər – əvvəllər məhkum olunmuş 37
yaşlı Ş.Əhmədov və 36 yaşlı M.Ağayev müəyyən edilərək
saxlanılıblar.

Qeyd edilib ki, faktlarla bağlı araşdırma aparılır.