Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, 6 nəfər xəsarət alıb – VİDEO – ƏLAVƏ OLUNUB- YENİLƏNİB

Hadisə

Sabunçu rayonu, Aeroport yolu ərazisindən baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən iki nəfərə (kişi) yerində tibbi xidmət göstərilib və onlar Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

1985-ci il təvəllüdlü şəxsə sağ bazunun sınığı, 2001-ci il təvəllüdlü şəxsə isə döş qəfəsinin küt travması diaqnozu təyin olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1985-ci il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilib. Zəruri ilkin tibbi yardım göstərilən şəxs iltizamnaməsi alınıb və ixtisaslı tibbi xidmətdən imtina edib.

Sevil Seymur

Bakı şəhəri Suraxanı rayonu, Aeroport şosesində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Üçdən çox nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.

“Report”un əldə etdiyi məlumata görə, qəza zamanı ölən və xəsarət alanlar var.