
Bakı. Trend:
Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi
Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə “Toyota” markalı
avtomobilin sürücüsü Fərəc İsgəndərzadə işıq cihazlarından istifadə
qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Ancaq F.İsgəndərzadə polisə tabesizlik göstərərək ərazidən
uzaqlaşıb. Keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb və müayinə
zamanı onun narkotik vasitənin təsiri altında avtomobil idarə
etdiyi müəyyənləşib.
Məlumata görə, F.İsgəndərzadə barəsində toplanmış material
baxılması üçün rayon məhkəməsinə göndərilib və o, 15 gün müddətinə
inzibati qaydada həbs olunub.