Maşınında soyuq silah saxlayan və narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu (FOTO/VİDEO)

Hadisə

Bakı. Trend:

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin
əməkdaşları tərəfindən avtomobili dövlət qeydiyyat nişanı olmadan,
xüsusi səs və sayrışan işıqlardan istifadə edərək, eləcə də
nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən
örtüklər (plyonka) çəkən “Opel” markalı avtomobilin sürücüsünə
“saxla” işarəsi verilib.

DİN-dən Trend
bildirilib ki, sürücü Vasif Hüseynli polisin qanuni əmrinə
tabesizlik göstərərək ərazidən yayınmağa çalışsa da yol polisləri
tərəfindən görülən tədbirlər nəticəsində saxlanılıb. Sürücünün bu
hərəkətləri və abtomobili dövlət qeydiyyat nişanı olmadan idarə
etməyi müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Tibbi müayinə zamanı həmçinin, sürücünün avtomobili narkotik
vasitənin təsiri altında idarə etdiyi də müəyyən olunub. Həmçinin,
sürücünün avtomobilinə baxış zamanı əsa formasında xüsusi olaraq
hazırlanmış qadağan olunan kəsici-deşici alət olan xəncər də
aşkarlanıb.




Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri
ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə V.Hüseynli 20 sutka inzibati qaydada həbs
edilib

Spread the love