
Bakı. Trend:
Avqustun 16-da saat 4 radələrində Cəlilabad rayonunun Alar
kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızının
yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat
daxil olub.
Bu barədə Trend-ə DİN Mətbuat Xidmətinin regional qrupundan
bildirilib.
Münaqişə zəminində cinayət əməlini törətməkdə şübhəli bilinən
qaynı, 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa
təhvil verilib.
Araşdırma aparılır.