
Bakı. Trend:
Avqust ayının 17-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidməti
Aparatının inzibati binasının damında elektrik naqillərində
yaranmış qısaqapanma nəticəsində yanğın hadisəsi baş vermişdir.
Trend xəbər verir ki, Dövlət
Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər
və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin
hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və
peşəkarlığı nəticəsində yanğın ocağı qısa zamanda
söndürülmüşdür.
Hadisə nəticəsində binaya ciddi ziyan dəyməmiş, şəxsi heyət
arasında xəsarət alan olmamışdır.

