
Bakı. Trend:
Ağdam rayonunda bir neçə nəfərdən barələrində rüsvayedici
məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən İlhami Nəsibov
polis tərəfindən saxlanılıb.
Trend-in
məlumatına görə, özünü sosial şəbəkələrdə fəaliyyət göstərən
“Kanal-21” səhifəsinin administratoru və jurnalist kimi təqdim
edən, 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan
müxtəlif məbləğlərdə pul tələb etməkdə ittiham olunur.
Məhkəmə qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan
tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam
etdirilir.
Nəsibovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslərin də
müraciət edə biləcəyi bildirilib.
Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən
təsdiqlənib.