Astarada qətl törədildi: tutulan var

Hadisə

Astara rayonunun Suparibağ kəndində 66 yaşlı kimi qətlə yetirilib.

Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Suparibağ kəndinin ərazisində 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin şəxsi münasibətlər zəmnində törədildiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir