Tovuz sakini qonşusunu avtomobillə vuraraq öldürüb

Hadisə

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Ramal Mürşüdov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə qonşusu, 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir