İsmayıllıda maşın tərsinə çevrildi – Yaralılar var

Hadisə

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib. Qəza axşam saatlarında Qaraməryəm–İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

Modern.az xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Göyçay rayon sakinləri – 28 yaşlı F. Əsədov və 54 yaşlı Ş. Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir