Xaçmazda sürücü qəzaya uğrayan avtomobildə sıxılı qalıb (VİDEO)

Hadisə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində yol-nəqliyyat
qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə
qalması barədə məlumat daxil olub.

FHN-dən Trend
verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Şimal Regional
Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “Kia” markalı minik avtomobilinin idarəetməni itirərək
yol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi
baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı
vəziyyətdə qalıb.




Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı
vəziyyətdə qalan sürücü, 1999-cu il təvəllüdlü Əlmərdanov Elvin
Məzahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil
veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.