Xaçmazda maşın ağaca çırpılıb, sürücü ölüb

Hadisə

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində, rayonun Ağyazı-buduğ kəndi ərazisindən keçən hissəsində Quba rayonu Alekseyevka kənd sakini 1999-cu il təvəllüdlü Əlimərdanov Elvin Məzahir oğlu “KİA” markalı avtomobillə idarəetməni itirərək yol kənarında olan ağaca çırpılıb.

E.Əlimərdanov aldığı ağır bədən xəsarətlərindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı raşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir