Bakı Olimpiya Stadionun yaxınlığında qəza olub

Hadisə

Bakı.Trend:

Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında
yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi məlumat yayıb.




Bildirilib ki, qəza səbəbindən həm mərkəz, həm də Aeroport
şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.

Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən
tədbirlər görülür.