BOS-un yaxınlığındakı qəzada xəsarət alan şəxsin vəziyyəti açıqlanıb – YENİLƏNİB

Hadisə

Bakı Olimpiya Stadionunun (BOS) yaxınlığında baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin durumu açıqlanıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 64 yaşlı kişiyə ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Ona hər iki aşağı ətrafın çoxsaylı cırılmış yaraları diaqnozu təyin edilib.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Sevil Seymur

Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, qəza səbəbindən həm mərkəz, həm də Aeroport şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.