Yasamalda saxlanılan narkokuryerlərdən 27 kq narkotik vasitə aşkarlanıb

Hadisə

Bakı.Trend,:

Yasamal rayonunda bir neçə gün əvvəl polis əməkdaşları
tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı
keçirilən əməliyyat zamanı saxlanılan 31 yaşlı Yusif Əliyev və
qardaşı 33 yaşlı İlkinlə əlbir olan digər şəxslər də tutulub.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının
həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 64 yaşlı
İlham Quliyev və 33 yaşlı İlkin Bağıyev saxlanılıblar. Onların
avtomobilinə baxış zamanı 18 büküm ümumi çəkisi 11 kiloqram 465
qram olan marixuana aşkarlanıb. Şöbə əməkdaşları tərəfindən
keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz
dövriyyəsində şübhəli bilinən daha bir narkokuryer – əvvəllər
məhkum olunmuş 36 yaşlı Rizvan Abıyev də saxlanılıb. Ondan isə 5
kiloqram 376 qram marixuana, *3 kiloqram 200 qram tiryək və
narkotiklərin onlayn satışında istifadə etdiyi bank kartları
aşkarlanıb.




Məlumata görə, saxlanılan şəxslərin hər birinin şəxsiyyəti
istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə
girdikləri və ölkə ərazisində narkokuryerliyə cəlb edildikləri
məlum olub. Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat
tədbirləri davam etdirilir.

Qeyd edilib ki, sonuncu əməliyyatlar zamanı ümümilikdə 27
kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir