Axtarışa verilən Tacikistan vətəndaşı Azərbaycanda saxlanılıb

Hadisə

Bakı. Trend:

Tacikistan Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü
İbronov Xokimcon İmomconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi
üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin
edilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə,Tacikistanda
xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi
əməlinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan
edilmiş İbronov Xokimcon İmomconoviç 2025-ci ilin may ayında
Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan
tədbiri seçilib.




“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən
təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul
edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi
konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli
orqanına təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir