Polis Göyçayda əməliyyat keçirdi: 12 kiloqram narkotik aşkarlandı

Hadisə

Bakı.Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli
miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,
tədbirlərlə əvvəllər məhkum olunmuş 54 yaşlı Vəli Quliyev və 35
yaşlı Nuranə Məmmədzadə saxlanılıb. Onlardan 10 kiloqrama yaxın
marixuana, 2 kiloqram 280 qram tiryək və 425 ədəd psixotrop
tərkibli həb aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri
İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər.
Məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan
tədbiri seçilib.




Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə məşğul olan Tural Alıyev və daha 9 nəfər
saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar
olunub.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir