Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi

Hadisə

Bakı.Trend:

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər
barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı
tərəfindən verilən vəsatətə baxılıb.

Trend xəbər
verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq
orqanının təqdimatı təmin edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 3 ay müddətə
həbs qətimkan tədbiri seçilib.




Qeyd edək ki, həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə
turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial
şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində
təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis
əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq
istintaqa cəlb ediliblər.