Zəngilanda avtomobillə adamı qəsdən vurub öldürən şəxs saxlanılıb

Hadisə

Bakı. Trend

Avqustun 18-də Zəngilan rayonunun Ağalı kəndində sürücü
avtomobillə adamı qəsdən vurub öldürüb.

Trend-in
məlumatına görə, kənd sakini, 1971-ci il təvəllüdlü Elman Zeynalov
işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Tranzit” markalı
yük maşını ilə vurulub və xəstəxanaya aparılarkən yolda həyatını
itirib.




Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, 1980-ci il
təvəllüdlü Elçin Abdullayev saxlanılaraq istintaqa təqdim
olunub.

İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər
zəminində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir