
Bakı.Trend:
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri
keçirilib.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 36 yaşlı
Nahid Allahverdiyev saxlanılıb. Üzərindən kibrit qutularında
qablaşdırılmış marixuana və həșiş aşkar edilib. Əməliyyatın
davamında onun külli miqdarda narkotiki gizlətdiyi yer də müəyyən
olunub. Oradan 11 kiloqramdan artıq marixuana və 5 kiloqramdan
artıq həşiş aşkarlanaraq götürülüb.
Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən
şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam
etdirilir.