Xocavənddə yanğına səbəb olanlar saxlanılıb

Hadisə

Bakı.Trend:

Avqust ayının 18-də Xocavənd rayonunun Qırmızı Bazar ərazisində
yerləşən biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxslər
polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
araşdırmalarla yanğını 24 yaşlı Eltun Əliyev və 34 yaşlı Nicat
Xubalıyevin ehtiyasızlıqdan törətdiyi məlum olub.

Nəticədə 15 hektar ərazidə quru ot yanıb.




Hər iki şəxs saxlanılaraq barələrində qanunvericiliyə uyğun
tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir